Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı AÇIQLAMA

“Münaqişənin tənzimlənməsi ilə bağlı imzalanan sənəddə mühüm bəndlərdən biri də sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Münaqişə zonasında kiçik sayda və yüngül silahlarla təchiz olunmuş Rusiya və Türkiyə sülhməramlı qüvvələri razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcəklər”.
Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, Rusiya 90-cı illərdən fərqli olaraq, bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq, neytrallığını qorumaqla, Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu.
“Eyni zamanda, bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməməlidir. Bu, sadəcə, Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq.
Əsas qalib isə Azərbaycandır! Bundan sonra regionda heç bir qüvvə Azərbaycanın maraqlarına qarşı çıxa bilməz! Regionun ən güclü ölkəsi bizik!”
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












