Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün müxtəlif fəaliyyət sxemləri hazırlanır"

Dağlıq Qarabağ tənzimlənməsi üçün müxtəlif fəaliyyət sxemləri hazırlanır. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O qeyd edib ki, Rusiya həm özü, həm də ATƏT Minsk qrupu çərçivəsində vasitəçilik səylərini davam etdirir: "Bu səylər Dağlıq Qarabağda və onun ətrafında döyüş əməliyyatlarının dərhal dayandırılması, mövcud baza prinsipləri və müvafiq beynəlxalq sənədlər əsasında danışıqlar prosesinin bərpasına yönəlib. Müxtəlif fəaliyyət sxemləri hazırlanır".
M.Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqların başlamasının mümkün tarixləri ilə əlaqədar tərəflərlə məşvərətlər keçirilir.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












