Rusiyada qalan daha 400 azərbaycanlı ölkəyə gətirildi

Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşının bu gün ölkəyə qayıtması təmin olunub. Soydaşlarımız avtobuslarla Rusiya ilə "Samur" sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib.
Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçirilib. Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib. Sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin FHN-in qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və müvafiq tibbi avadanlıqlarla təchiz edilmiş tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir.
Həmçinin hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












