Rusiyadakı azərbaycanlıların qətlinin PƏRDƏARXASI - VİDEO

Son dövrlərdə Rusiyada miqrantlara qarşı təzyiqlər və onlara qarşı zorakılıq halları artıb. Xüsusən də, Rusiya vətəndaşı olsa da, milli mənsubiyyəti rus olmayan şəxslərə qarşı təqiblər ciddi şəkildə müşahidə olunmaqdadır. Yekaterinburq şəhərində son hadisələr bu reallığı bir daha göz önünə sərib. Avtosfer.az xəbər verir ki, 50-dən çox azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Şəhərin müxtəlif ünvanlarında baş verən əməliyyatlar zamanı bir neçə Azərbaycan vətəndaşı qətlə yetirilib və müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub.
Rusiya və Azərbaycan arasındakı strateji müttəfiqlik münasibətləri, hər zaman sabit olmayıb. Tərəflər bir-birinə qarşı müəyyən məsələlərdə müxtəlif yanaşmalar sərgiləyirlər. Rusiya tərəfindən azərbaycanlılara qarşı aqressiv yanaşma bəzi dairələrdə açıq şəkildə provokativ addımlarla güclənir. Bu, xüsusən də Ukrayna müharibəsi fonunda daha da aydın şəkildə görünür.
Azərbaycanlıların vəhşicəsinə öldürülməsi, o cümlədən məşhur jurnalist Seyfəddin Hüseynlinin qardaşlarının qətlə yetirilməsi, Rusiyanın bu məsələlərdə susqunluq nümayiş etdirməsi ölkəmizlə münasibətlərdəki gərginliyi artırır. Həmçinin bu ilin əvvəlində Azərbaycanın sərnişin təyyarəsinin vurulması və Rusiyanın bu hadisəyə reaksiya verməməsi də narahatlığa səbəb olub.
Azərbaycan dövləti, hər zaman qonşu ölkələrlə normal münasibətlər qurmağa çalışsa da, Rusiyanın daxili siyasətindəki şovinizm və dözümsüzlük, iki ölkə arasındakı əlaqələrdə ciddi problemlərə yol açır. Son hadisələr bir daha göstərir ki, Rusiya Azərbaycanın milli maraqlarını heç də həmişə nəzərə almır.
Ətraflı Baku TV-nin süjetində:
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











