Rusiyalı politoloq: “Moskva Qarabağda baş verənlərə qarışmayacaq”

“Rusiya tərəfi ən yüksək rəsmi səviyyədə Dağlıq Qarabağın KTMT-nin birbaşa səlahiyyət dairəsinə daxil olmadığını, başqa sözlə, Rusiyanın indi Qarabağda baş verənlərə müdaxilə etməyəcəyini bəyan etdi. Çünki Moskva Qarabağın Ermənistan olmadığını bilir”.
Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
“Rusiyalı ekspertlər, o cümlədən də mən bu barədə erməni müşahidəçilərlə danışanda dərhal qarşı tərəfdən lənətlənirdik. Ancaq Rusiya prezidenti eyni sözləri söyləyəndə nədənsə eyni sözləri onun ünvanına qışqırmağa cürət etmədilər”, - o bildirib.
“Problem ondadır ki, dəfələrlə KTMT-nin fəaliyyətinə təsir göstərməyə çalışan, məsələn, baş katib Xaçaturovun həbsi yolu ilə bu blokun işini korlayan Nikol Paşinyan bununla kifayətlənməyəcək. KTMT hərbi blok olduğundan cavab da eyni şəkildə gələ bilər. Daha dəqiqi Gümrüdəki Rusiya hərbi bazasına istiqamətlənə bilər. Paşinyan və tərəfdarları hələ hakimiyyətdə olmadığı zaman bu obyektin Ermənistan ərazisində yerləşməsi faktını olduqca açıq şəkildə şərh edirdilər. Sadə dillə desək, bu vəziyyətə qarşı çıxırdılar”, - politoloq söyləyib.
“Buna görə də bu gün - bütün ziddiyyətlərin daha da kəskinləşdiyi dövrdə Ermənistan daxilində hansısa ictimai-siyasi xadimlərə 102-ci bazanı “hədəfə almaq” komandası veriləcəyinə hazır olmalıyıq. Üstəlik, Paşinyanın ölkənin əsas kreslosuna gedən yolunun Gümrüdən, Rusiyanın hərbi bazasının hasarı altından başladığını da unutmaq olmaz. İndi Paşinyandan hər şeyi gözləmək olar. Hər şeydən əvvəl də erməni hökumətinin nöqteyi-nəzərindən tamamilə faydasız olduğu deyiləcək rusiyalı hərbçilərə qarşı”, - Q.Trofimçuk deyib.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!










