Rusiyaya gedən miqrantların RƏQƏMSAL PROFİLLƏRİ yaradılacaq

Rusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün 30 iyun 2025-ci il tarixindən etibarən onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil formalaşdırılmağa başlanılacaq.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, iyunun 30-dan etibarən istənilən buraxılış məntəqəsindən Rusiyaya daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməli olacaqlar. Bu məlumat həm də rəqəmsal profilin əsasını təşkil edəcək.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin verdiyi məlumata görə, əcnəbilər istədikləri təqdirdə özləri - RuID tətbiqində rəqəmsal profil yarada biləcəklər. Bu, eksperiment çərçivəsində hazırlanacaq əcnəbilər üçün dövlət xidmətlərinin analoqudur.
Orada Rusiyaya səfəriniz barədə məlumat verə və ölkədə xidmətlər ala bilərsiniz, məsələn, tibbi sığorta üçün müraciət edə və ya Daxili İşlər Nazirliyində qeydiyyatdan keçə bilərsiniz.
Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvləri şamil edilməyəcək.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev vurğulayıb ki, Rusiya hakimiyyəti miqrantların ölkəyə daxil olmasına və onların gələcək hərəkətinə ən müasir texnologiyalar əsasında aydın şəkildə nəzarət etməlidir.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












