Rusların "arvad" etdiyi erməni sürücü uddu - FOTO

Moskvada məhkəməyə qadın xalatında gətirilən Ermənistan vətəndaşı Qraç Arutunyandan xəbər var. Anspress-in məlumatına görə, Moskva yaxınlığında 18 nəfərin ölümü ilə nəticələnən yol-qəzası törədən “KamAZ” sürücüsunün vəkili Ruben Markaryan müştərisinin məhkəməyə qadın xalatında gətirildiyinə görə qaldırdığı iddianı udub.
Vəkil Qramın məhkəmə qarşısına qadın xalatı və çimərlik ayaqqabısında çıxarılmasının qanun pozuntusu olduğunu və bu yolla şəxsiyyətinin alçaldıldığını əsas gətirərək müstəntiqə qarşı iddia qaldırmışdı. Ermənistan ombudsmanı Karen Andreasyan bu işdə vəkilə yardımçı olması öz müsbət nəticəsini verib.
Moskva məhkəməsi Qraç Arutyunyanın xalatda məhkəməyə gətirilməsinin müstəntiqin məhkəməyə və ictimaiyyətə qarşı hörmətsizlik olduğunu qərara alıb. Ruben Markaryan məhkəmənin bu qərarından razı qaldığını və mənəvi təzminat tələb etməyəcəklərini bildirib.
Xatırladaq ki, 2013-cü il iyulun 13-də Ermənistan vətəndaşı Qraç Arutunyanın idarə etdiyi "KamAZ" markalı maşın yüksək sürətlə hərəkət edərək sərnişin avtobusuna çırpılıb. Zərbənin təsirindən avtobus ortadan bölünüb. Nəticədə 18 nəfər ölüb. Qraç Arutyunyan qəza baş verən an yük maşınından yola düşdüyü üçün sağ qala bilib. 46 yaşlı erməni bu qəzaya kimi 6 dəfə yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırılıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












