Sabah leysan yağışlar olacaq

Bakıda havanın maksimal temperaturu 26 dərəcə isti olacaq, rayonlarda isə leysan yağış gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeronda gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq.
Bakıda isə gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış leysan xarakterli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












