Sabah qar yağacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Dekabrın 16-sı gündüzdən 18-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










