Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək? - AÇIQLAMA

Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək?
Nazirlər Kabinetinin Qərarına əsasən 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə qeyri-iş günüdür.
Bayram günündə avtobusların işləyib-işləməyəcəyi isə sual doğurur.
Futbol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı Azərbaycana gələn turistlərin rahat hərəkətinin təmin edilməsi vacib məqamlardan biridir.
Elə bu səbəbdən sabah ictimai nəqliyyatın işləyəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Avtosfer.az-a bildirildi ki, bununla bağlı məlumat Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən verilməlidir.
BNA-dan isə açıqlamasında ictimai nəqliyyatın işləməyəcəyi bildirilmədi, lakin bu barədə ictimaiyyətə dəqiq məlumat veriləcəyi söylənildi.
Qeyd edək ki, bundan öncə Bakı Metropoliteni ay ərzində bütün günlərdə çalışacağını elan etmişdi.
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?











