Sabah Şamaxının çökmə baş verən yolunda təmir işlərinə başlanılacaq - FOTO

Şamaxı-Qonaqkənd avtomobil yolunda çökmənin baş verdiyi əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 saylı “Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları tərəfindən baxış keçirilib.
Avtosfer.az-ın məlumatına görə, idarənin baş mühəndisi Kənan Babaşov "Azərtac"a bildirib ki, son günlər torpaq sürüşməsinin aktivləşməsi sözügedən yol infrastrukturuna ziyan vurub.
“Buna baxmayaraq, Şamaxı-Qonaqkənd avtomobil yolunda gediş-gəliş dayanmayıb. Hazırda əlverişsiz hava şəraitinə görə ərazidə təmir işləri aparılmasa da, sözügedən ərazi lentlənib, müvafiq nişanlar qoyulub. Sabah səhər saatlarından yolda bərpa işlərinə başlanılacaq, əraziyə texnika və canlı qüvvə cəlb olunacaq”, - deyə baş mühəndis vurğulayıb.
Xatırladaq ki, torpaq sürüşməsi nəticəsində yolun bəzi yerləri dağılıb, asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
















