Sabaha gözlənilən hava şəraiti açıqlandı

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
Sentyabrın 18-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 18-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












