Sabiq deputatdan qalmaqallı paylaşım: “Bu nə düşüklükdü?" - FOTO

Sabiq deputat Etibar Hüseynov Röyanın Xətai İcra Hakimiyyətində qarşılanmasını tənqid edib. Avtosfer.az "News365.az"a istinadən xəbər verir ki, sabiq deputat Etibar Hüseynov Xətai Rayon İcra Hakimiyyətində baş tutan görüşlə bağlı sosial şəbəkə hesabında tənqidi paylaşım edib.
Etibar Hüseynov paylaşımında Xalq artisti Röyanın Xətai Rayon İcra Hakimiyyətinə gəlişi zamanı ona göstərilən münasibəti ironiya ilə şərh edib. O bildirib ki, ilk baxışda Röyanı dünya ulduzu Ajda Pekkanla səhv salıb:
"Düzü əvvəlcə elə bildim Ajda Pekkandı, Bakıya gəlib, mənim xəbərim yox. Sonra gördüm ki, yox-bizim Röya imiş. Daha sonrasa elə bildim ki, yəqin Röya hansısa uşaq evinə, ponsionata gedib. Çünki əynində idman geyimi, ayağında krassovka var idi. Amma sən demə yenə də yanılmışam: Röya, Xətai İcra Hakimiyyətinə təşrif buyurubmuş. İcra başcısı onu həyətdə gül dəstəsi ilə qarşılayır, daha sonrasa müavinləri ilə böyrünə düşüb onu müşaiyət edir. Nə deyim Vallah? Bircə onu bilirəm ki, allahın Kim Kardaşyanı Paşinyanın görüşünə gedəndə daha rəsmi geyinmişdi. Və allahın Paşınyanı da onu qəbul otağında 10 dəq. gözlətmişdi. İndi bu nə düşüklükdü, bu nə bambıllıqdı? Bu əbləhlər qəbuluna gələn Qaziləri, Şəhid ailələrini heç İH binasının içərisinə girməyə imkan vermirlər e. O da qala aşağıya düşüb pişvazına çıxmaq..."


İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH













