Saçlarına görə Trampa bənzədilən qurbanlıq camış gündəm oldu - FOTOLAR

Qurban bayramı üçün alınan albinos camış saçlarının rənginə görə ABŞ Prezidenti Donald Trampa bənzədilib. Avtosfer.az Ölkə.az-a istinadla xəbər verir ki, Banqladeşdə “Donald Tramp” ləqəbli Buffalo qısa zamanda gündəm olub. Heyvanın gündə 4 dəfə yuyulduğu və xüsusi qulluq edildiyi bildirilib. Ferma sahibi “Donald Tramp” ləqəbli camışın Qurban bayramı çərçivəsində kəsiləcəyini açıqlayıb. Rəsmilər bildirdilər ki, albinos camışları olduqca nadirdir. Paytaxt Dəkkə yaxınlığındakı Narayanqancda yaşayan fermer Zia Uddin Mridha xüsusilə 700 kiloqramlıq camışın tüklərinin böyük diqqət çəkdiyini bildirib. Mridha insanların sosial şəbəkələrdə gördükləri camışla şəkil çəkdirmək üçün fermaya axın etdiyini deyib. "Mən onun üçün darıxacağam, amma Qurban bayramının ruhu qurban kəsməkdən ibarətdir",- deyə Mridha bildirib.




Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?











