ŞAD XƏBƏR: Dövlət gənclərə ev bağışlayacaq

Azərbaycanda sosialyönümlü xalq evlərinin tikintisi gündəmə gəlib. Milli Məclisdə müzakirəyə çıxarılacaq Mənzil Məcəlləsində sosialyönümlü evlərin tikintisi nəzərdə tutulub. Millət vəkili Hadi Rəcəbli deyib ki, əslində dövlət bu evləri gənclərə bağışlayacaq: “Amma simvolik olaraq ev verilmiş şəxs kredit ödəyəcək. Faktiki olaraq bu bağışlamağın bir növüdür. Bu bizim dövlət başçısının bir istəyidir. Bu da zaman-zaman həyata keçirilir və keçiriləcək də”. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosialyönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə iş təklif oluna biləcəyini də deyib: “Onlar nikaha girən zaman birinə mütləq iş verilsin ki, bununla da sosial durumu ağır olan gənc ailəyə faizsiz uzun müddətli ipoteka krediti verək. Bu ona oxşayacaq ki, belə ailə kirayə haqqı verəcək, amma 25 ildən sonra ödədiyi kirayə haqqına görə ev ona qalacaq. Əlbəttə, bunun üçün maliyyə dəstəyi olmalıdır. Yəni ilkin ödənişi bank ödəməlidir”.
İqtisatçı ekspert Vüqar Bayramlı bu fikri müsbət qiymətləndirib: “Hesablamalarımız göstərir ki, gənc ailə ayda 60 manat ödəməklə 2-otaqlı, ümumi sahəsi elə 50-60 kvadrat sahə olan mənzilə sahib ola bilər. Bu zaman bunu məhz 20 il müddətində ödəmək imkanı əldə etmiş olacaq. Artıq 20 ildən sonra mənzil sahibi mənzilin mülkiyyətçisinə çevrilməklə sonradan satmaq imkanına da malik olacaq. Bütün hallarda isə həmin şəxsin il boyu bu evdə qalmaq hüquqi olacaq”.
Layihənin digər bir üstünlüyü isə sosialyönümlü evə sahib olmaq istəyən gənclərdən iş yerindən arayışın tələb olunmayacağı ilə bağlıdır. Vüqar Bayramlı bunundan gənclərin işini daha da asanlaşdırdığını bildirir: “Aylıq ödəniş 60 manat olduğu üçün vətəndaş iş yerindən arayış təqdim etmədən belə sosial mənzilə sahib ola biləcək. Bu da imkan verəcək ki, vətəndaş sosial mənzilə sahib olan zaman da, hətta iş yerindən arayış almadan bu evə sahib çıxır. Bunun elə məhz xalq evinin adlanmasında əsas odur ki, əhalınin aztəminatlı gənc ailələr üçün nəzərdə tutulur. Yalnız o gənc ailələrə veriləcək. İl ərzində 1-ci mərhələdə dövlət büdcəsindən təxminən 300 milyon manat vəsait ayrılmaqla bu layihəni həyata keçirmək mümkün olacaq. Bu da imkan verəcək ki, dövlət sosial mənzil fondunun formalaşmasını həyata keçirsin və sosial mənzillərin inşası reallaşsın. Və bu da öz qiymətinə vətəndaşa təklif olunacaq”. Xəzərxəbər
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










