Şagirdlər peşə məktəbində avtomobillə bağlı peşələrlə tanış olublar - FOTOLAR

Laçın məktəbliləri peşə məktəbində ekskursiyada oldular. Avtosfer.az xəbər verir ki, bu dəfə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyada Laçın rayon 11 nömrəli tam orta məktəbin VII-IX sinflərində təhsil alan 23 nəfər şagird və 2 nəfər müəllim iştirak edib.
Şagirdlər öncə əmək bazarının tələblərinə uyğun peşələr öyrədilən auditorya və emalatxalarda olublar. Şagirdlər İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma, inşaat sahəsində peşələr öyrədilən auditoriya və emalatxanalarda olub, tədris şəraiti ilə əyani tanış ola biliblər. Ekskursiya müddətində şagirdləri müşayət edən layihə rəhbəri Gülsarə Həsənova və layihə təlimçisi Əsmər Baxışova şagirdlərə tədris olunan peşələrlə bağlı izahat veriblər.
Daha sonra şagirdlərlə keçirilən görüşdə şagirdlərə həyata keçirilən layihə ilə bağlı məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili, peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq, peşə məktəblərinə getmək istəyən şagirdlərə konsultasiya xidməti göstərməklə onların doğru sənət seçiminə dəstək verməkdir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Peşə öyrən, işsiz qalma!” - Məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi 5 məktəbi əhatə edib. Layihə çərçivəsində, ümumilikdə, 102 nəfər şagird, 3 nəfər müəllim peşə liseyində təhsil imkanları ilə tanış ola biliblər.
Daha sonra layihənin təlimçisi Əsmər Baxışova Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində öyrədilən ixtisaslarla bağlı şagirdlərə məlumat verib. Ekskursiya müddətində şagirdlər həm doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlərlə əyani tanış ola biliblər.
Ekskursiya zamanı layihə rəhbəri Gülsarə Həsənova və layihənin təlimçisi Əsmər Baxışova şagirdləri maraqlandıran sualları cavablandırıblar.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF

















