Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib - FOTO

İyulun 1-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaşayan fiziki imkanları məhdud vətəndaş Xanım Hüseynovaya avtomobil hədiyyə olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vətəndaşı evində ziyarət edib, avtomobili və onun sənədlərini verib.
Fuad Nəcəfli Xanım Hüseynovanı yeni avtomobillə təmin olunması münasibətilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb. Dövlətimizin daim sosial qayğıya ehtiyacı olan vətəndaşların yanında olduğunu deyən səlahiyyətli nümayəndə bu kateqoriyadan olan şəxslərə xüsusi qayğı ilə yanaşıldığını, məşğulluq imkanlarının artırılması istiqamətində dəstək tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.
Xanım Hüseynova göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, bu günün onun həyatında unudulmaz hadisə kimi yadda qalacağını bildirib. O qeyd edib ki, bu cür dəstək tədbirləri onların həyat eşqini daha da yüksəldir və fiziki məhdudiyyətin məqsədə çatmaqda əngəl olmadığını düşünməyə əsas verir.
“Cahan Holdinq” Şirkətlər İttifaqının Avtomobil Zavodunda istehsal olunan avtomat sürət qutusuna malik “Lifan-650” markalı avtomobil əllə idarə olunan xüsusi sistemlə təchiz edilib.
Görüş zamanı Xanım Hüseynova səyyar xidmət sahəsi açaraq məşğulluq səviyyəsini yüksəltməyi qarşısına məqsəd qoyduğunu bildirib. Onun bununla bağlı müraciəti də qeydə alınıb, qısa zamanda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə səyyar kofe evi ilə təmin olunacağı bildirilib.





Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












