Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ - FOTO

Sahibkarların özbaşınalığı nəticəsində dəfələrlə vətəndaşların səkilərdə hərəkətinə problem yaranması ilə bağlı xəbərlər dərc etmişik. Bu dəfə isə daha bir sahibkar tam fərqli üslubda qaydaları pozub.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sahibkarın öz obyektini qanunsuz şəkildə böyütməsi vətəndaşların gözündən yayınmayıb.
Belə ki, rayonun Hüseynbala Əliyev küçəsində, “Memar Əcəmi” metrosu yaxınlığında obyekt yiyəsi daha əvvəl müəyyən ölçülərə sahib və vətəndaşların səkidə hərəkətinə maneə yaratmayan obyektinin ölçülərini qanunsuz yolla böyüdüb. Əlavə mərtəbə artırması bir kənara, ola bilsin bunu qanuni yolla necəsə edib, obyektin uzunluğunu da artırıb. Üstəlik, etdiyi qanunsuzluğu gizlətmək məqsədilə bu artırılan sahənin önünü saxta obyekt örtüyü ilə də bağlayıb.
Vətəndaşlar aidiyyəti qurumlarıdan sahibkarların belə özbaşınalıqlarını nəzarətə götürmələrini və uzun illərdir paytaxtda yaradılan belə problemlərin qarşısının alınmasını tələb edir.
Səfər
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF














