Sahil Babayev Ermənistanın hərbi təxribatı barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev digər ölkələrdəki həmkarlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat barədə rəsmi müraciət ünvanlayıb.
Nazirlikdən verilən məlumata görə, müraciətdə sentyabrın 27-dən başlayaraq Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış ərazilərinin Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığı qeyd olunur. Nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçuların, içərisində uşaqlar, qadınlar, qocalar da olmaqla 30 mülki şəxsin həlak olduğu, 143 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 66 mülki obyektin, 427 fərdi yaşayış evinin yararsız vəziyyətə düşdüyü diqqətə çatdırılır. Ermənistanın bununla beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğu, eyni zamanda riyakar və destruktiv siyasət aparan bir ölkə olduğunun təsdiqini tapdığı bildirilir.
Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı qeyd edilir. Eyni zamanda, beynəlxalq humanitar hüquq normaları rəhbər tutulmaqla Ordumuzun bu hərbi əməliyyatlarının mülki əhaliyə, obyektlərə və infrastruktura yönəlmədən aparıldığı, Silhalı Qüvvələrimizin beynəlxalq səviyyədə tanınan öz ərazilərimizdə döyüşdüyü diqqətə çatdırılır.
Müraciətdə Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq niyyətində olduğu, Ermənistan Baş nazirinin "Qarabağ Ermənistandır" açıqlamasının danışıqlar prosesinə ciddi zərbə vurduğu bildirilir. Qeyd edilir ki, bütün bunlar danışıqların formatını dəyişdirmək cəhdi kimi qiymətləndirilməlidir. Bu faktı ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiqləyir. Eyni zamanda, Ermənistan Cenevrə Konvensiyasından irəli gələn beynəlxalq hüququ ciddi şəkildə pozaraq, xarici vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirir.
Bildirilir ki, Azərbaycanın torpaqlarının 20% -i 30 ildir Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 30 ilə yaxındır ki, Ermənistan bu qətnamələrə məhəl qoymur.
Müraciətdə təcavüzkar dövlət olan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd edilir.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










