Sahil Babayev xarici həmkarlarına Ermənistanın hərbi təxribatı barədə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev digər ölkələrdəki həmkarlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat barədə rəsmi müraciət ünvanlayıb.
Nazirlikdən verilən məlumata görə, müraciətdə sentyabrın 27-dən başlayaraq Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış ərazilərinin Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığı qeyd olunur. Nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçuların, içərisində uşaqlar, qadınlar, qocalar da olmaqla 30 mülki şəxsin həlak olduğu, 143 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 66 mülki obyektin, 427 fərdi yaşayış evinin yararsız vəziyyətə düşdüyü diqqətə çatdırılır. Ermənistanın bununla beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğu, eyni zamanda riyakar və destruktiv siyasət aparan bir ölkə olduğunun təsdiqini tapdığı bildirilir.
Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı qeyd edilir. Eyni zamanda, beynəlxalq humanitar hüquq normaları rəhbər tutulmaqla Ordumuzun bu hərbi əməliyyatlarının mülki əhaliyə, obyektlərə və infrastruktura yönəlmədən aparıldığı, Silhalı Qüvvələrimizin beynəlxalq səviyyədə tanınan öz ərazilərimizdə döyüşdüyü diqqətə çatdırılır.
Müraciətdə Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq niyyətində olduğu, Ermənistan Baş nazirinin "Qarabağ Ermənistandır" açıqlamasının danışıqlar prosesinə ciddi zərbə vurduğu bildirilir. Qeyd edilir ki, bütün bunlar danışıqların formatını dəyişdirmək cəhdi kimi qiymətləndirilməlidir. Bu faktı ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiqləyir. Eyni zamanda, Ermənistan Cenevrə Konvensiyasından irəli gələn beynəlxalq hüququ ciddi şəkildə pozaraq, xarici vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirir.
Müraciətdə bildirilir ki, Azərbaycanın torpaqlarının 20%-i 30 ildir Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 30 ilə yaxındır ki, Ermənistan bu qətnamələrə məhəl qoymur.
Müraciətdə təcavüzkar dövlət olan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd edilir.
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB










