Sakinlərin yol problemi: "3 ildir eyni sözü deyirlər" - FOTO

Gəncə şəhəri 4-cü mikrorayonda yerləşən 13-cü binanın sakinləri yol problemindən əziyyət çəkirlər. Avtosfer.az xəbər verir ki, mövcud problemlə əlaqədar Ölkə.az-a şikayət ünvanlayan vətəndaşlar bildirib ki, ərazidəki yol 3 il əvvələ qədər yaxşı vəziyyətdə olub:
"Yollarımız əvvəl asfalt idi. 3 il əvvəl su sistemlərinin yenilənməsi zamanı gəlib yolları qazdılar, bərbad vəziyyətə saldılar. Bizə demişdilər ki, yollar yenidən asfaltlanacaq, amma 3 ildir gözləyirik".
Sakinlərin sözlərinə görə, dağılmış yollar həm piyadalara, həm də avtomobili olanlara çətinlik yaradır:
"Qonşulardan yıxılanlar çox olub. Ötən dəfə bir qonşu yıxılıb qolu sınmışdı. Həmçinin uşaqlar da velosiped sürə bilmirlər. Yolların hazırkı vəziyyəti sakinlərin gediş-gəlişini və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir".
Bina sakini İlham Kərimov ərazidəki vəziyyətlə bağlı redaksiyamıza fotolar da göndərib.
Məsələ ilə əlaqədar Gəncə Şəhər icra Hakimiyyətinin Təsərrüfat şöbəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib























