Saleh Məmmədovun işdən çıxarılmasında Rusiya amili – Bu şəxslər də vəzifədən gedəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovu vəzifəsindən azad edib. Bu qərar ictimai müzakirələrə səbəb olub.
Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş rəhbəri Rauf Vəliyevlə qudadır. Rauf Vəliyev 16 yanvar 2026-cı ildə Prezidentin Sərəncamı ilə vəzifədən azad edilib. Bundan cəmi 21 gün sonra isə Saleh Məmmədov eyni aqibətlə üzləşib. Bu zaman ardıcıllığı diqqət çəkir və müxtəlif ehtimalları gündəmə gətirir. Eyni zamanda, Saleh Məmmədovun Bəylər Eyyubov klanına yaxın olduğu barədə iddialar da mediada səsləndirilir. Bu kontekstdə onun vəzifədən uzaqlaşdırılması siyasi və idarəetmə baxımından fərqli yozumlara səbəb olub.
Maraqlıdır, Prezident Saleh Məmmədovu vəzifədən niyə çıxardı? Artıq yaşa dolub ona görə, yoxsa ortada başqa səbəblər var? Bu iki hadisə arasında nə kimi əlaqə ola bilər?
Siyasi şərhçi Heydər Oğuz Azərbaycanda kimlərin hansı klana aid olduğunu bilmədiyini vurğulayıb.
Onun fikrincə, bununla belə, Azərbaycanda kadr dəyişikliyini yalnız klanlararası rəqabətlə əlaqələndirmək də doğru deyil:
“Azərbaycan 2020-ci ildə qazandığı Qarabağ savaşından sonra dövlətlər iyerarxiyasında mühüm irəliləyişlərə imza atdı. Buna beynəlxalq siyasətdə “level atlaması” da demək mümkündür. Yəni bir səviyyədən yeni səviyyəyə atladı. İndi artıq torpağının 20 faizi işğal altında olan Azərbaycan yoxdur. Əksinə, dünyanın digər münaqişələrinin çözülməsinə vasitəçilik edən, Qərb ilə Şərq, Şimalla Cənub arasında körpü rolu oynayan, Cənubi Qafqazla yanaşı Mərkəzi Asiyanın taleyinə hökm edən Azərbaycan var. Bu isə o deməkdir ki, Azərbaycan 6 il ərzində kiçik dövlətdən regional və regionlararası gücə çevrilib”.
Heydər Oğuzun sözlərinə görə, sözsüz ki, bu “level yüksəlişi”nə imza atan ölkəmiz özünün ənənəvi siyasətini də dəyişməli və yeni geopolitik nəzəriyyələrə aşina olan kadrları iş başına gətirməlidir:
“Xüsusilə də yol-nəqliyyat və kommunikasiyalar sahəsində bunu etməlidir. Adını çəkdiyiniz məmurların hər ikisi yol və kommunikasiya sektoruna nəzarət edirdi. Biri quru yollarına, digəri isə su yollarına rəhbərlik edib. Görünür, onların Rusiya müstəmləkəçiliyindən qalma təcrübələri ölkəmizin bugünkü tələblərinə cavab vermirdi və Prezident də onları işdən qovdu. Yaxın günlərdə böyük ehtimalla digər sahələrdə də bənzər dəyişikliklərin şahidi olacağıq”.
Siyasi şərhçinin fikrincə, ABŞ-ın vitse-prezidenti J.D. Vensin Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri ərəfəsində bu mühüm kadr dəyişikliyinin baş verməsi də təsadüfi deyil:
“Zira Vensin səfərinin əsas məqsədinin yol-kommunikasiya məsələləri ilə bağlı olduğu bəllidir. Görünür, Azərbaycan da yeni geopolitik siyasətə yeni simalarla başlamaq istəyir. Ən əsası isə yeni dövrə Rusiyadan qalma kadrlarla girmək niyyətində deyil. Yəqin rus “istehsalı” olan kadrların ən strateji sahədə hər cür təxribatlar törədə biləcəyindən ehtiyatlanır”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bildirib ki, iqtisadi baxımdan son dövrlər dövlət idarəçiliyində effektiv və səmərəli idarəetmə prinsiplərinə doğru irəliləyişlər müşahidə olunur:
“Korporativ idarəetmə standartlarının tətbiqi dövlət müəssisələrində daha da genişləndirilir. Bu səbəbdən müasir dövrün çağırışlarına uyğun, bilik və bacarıqları olan gənc kadrların irəli sürülməsinə ehtiyac yaranır. Eyni zamanda, gələcəkdə ölkədə dövlət büdcəsi xərclərində qənaət rejiminin tətbiqinin daha da genişləndirilməsi hədəfləri də öz əksini tapır”./editor.az
Taksi sürücülərinə şad xəbər: Qiymətlər artırıldı – RƏSMİ AÇIQLAMA
Müəllim güllələnəndən sonra məktəblərin mühafizəsi gücləndirildi - Yeni detektorlar quraşdırılır
Uşaqlarda suçiçəyi sürətlə yayılır - Valideynlər nəyə diqqət etməlidir? - İnfeksionist AÇIQLADI
Ceyhun Bayramovla Hakan Fidan telefonda nələri müzakirə edə bilər? - POLİTOLOQ
Sonsuz tıxac, tarıma çəkilən əsəblər və rəhbəri yeni dəyişilən qurum: Xəbərdarlıqsız təmirə görə kimə "təşəkkür edək"?
Bakı-Sumqayıt yolunda təmir işlərinin bitəcəyi vaxt açıqlandı
Piyada keçidi, yoxsa ölüm zolağı? - VİDEO
Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO
Tıxaclara son? - Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır
“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”
COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? - Səhiyyə Nazirliyindən cavab - VİDEO











