Şamaxıda Azərbaycan polisinin 106 illiyi - FOTOLAR

Şamaxıda Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi yad edilib.
Rayon Polis şöbəsində təşkil olunmuş tədbirdə çıxış edən Şamaxı Rayon icra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov, rayon məhkəməsinin sədri Fərid Yaqubov, rayon prokuroru Müşviq Səfərov və Dövlət Təhlükəsizlik Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Anar Əmirov Azərbaycan polisinin şərəfli yol keçdiyini, polis orqanlarının ölkəmizdə təhlükəsizliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını bildirərək polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdiblər.
Tədbirdə icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayışın qorunmasında xidmətlərinə görə rayon polis şöbəsinin bir sıra əməkdaşlarına “Fəxri Fərman” və “Təşəkkürnamə”lər təqdim olunub.



Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












