"Saray körpüsünü keçəndə Kəlmeyi-şəhadəti deyib keçirəm”

"Sumqayıtdan Bakıya gələndə görürəm ki, hər yerdə təmir gedir, yollar düzəlir. Çox sevinirəm. Hətta tıxac yarananda belə vecimə almıram. Özümə deyirəm ki, bir müddət sonra rahat gedib gələcəyik. Amma belə getsə, Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpünün üstündən rahat gedib gələ bilməyəcəyik".
Avtosfer.az xəbər verir ki, bu sözləri Mətanət Əliverdiyeva aparıcılığını etdiyi "Xəzər axşamı" verilişində deyib. O, körpünün qəzalı vəziyyətdə olduğunu və buna görə çox qorxuğunu bildirib:
"Bir valideyn, sürücü, Sumqayıt sakini kimi körpüyə nəzarət edən qurumlara müraciət edirəm. Körpü qəzalı vəziyyətdədir. Oradan keçəndə deyirəm ki, bu dəqiqə öləcəyəm. Kəlmeyi-şəhadəti deyib keçirəm. Siz hara baxırsınız bilmirəm. Biz sürücülər o körpüdən şikayətçiyik. Hər gün oradan neçə avtobus keçir, şagirdləri aparır. Qəza olanda çox pis nəticələnəcək. Kiminsə ölməyini istəyirsinizsə, bu başqa məsələ, çəkilin durun kənarda. Bir televiziya işçisi kimi xahiş edirəm, bunu birdəfəlik nəzarətə götürün və orada təmir işlərinə başlayın. İsti olsa belə, özüm də gəlib təmirdə iştirak edərəm. Amma həqiqətən oradan keçəndə qorxuram. Belə olmaz axı. Ürəyim əsir ki, körpü bu dəqiqə uçacaq. Mənimlə birlikdə neçə avtomobil oraya düşəcək. Bunu nəzərə alın". (Axşam.az)
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












