Satdığı avtomobilə görə sürücülük hüququndan məhrum edildi - VİDEO

Şabran sakininin 11 il əvvəl satdığı avtomobilin cərimələri onun ünvanına gəlir.
Avtosfer.az-ın məlumatına görə, Şabranın Ağalıq kənd sakini Laçın Bağırov deyir ki, "VAZ-2107" markalı avtomobilini 2013-cü ildə satıb. Lakin bir neçə ildir ki, tətbiq olunan cərimələr onun adına yazılır. Bundan isə 2 il əvvəl xəbərdar olub.
Laçın Bağırov bildirib ki, avtomobil bir neçə əl dəyişsə də, cərimələr ilk sahibinin sürücülük vəsiqəsinə tətbiq edilir. Hətta bu səbəbdən o sürücülük hüququndan da məhrum edilib.
Laçın Bağırov etibarnaməni ləğv edib, amma 1008 manat borc hələ də onun sürücülük vəsiqəsində qalıb. Yaranmış vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qayda pozuntusunun aşkarlanması və cərimələrin tətbiqi xüsusi texniki vasitələrlə aparılır. Bu səbəbdən də cərimə avtomobilin əsas sahibinin adına yazılır.
Qeyd edək ki, sözügedən avtomobil hazırda Xaçmaz rayonunda idarə edilir.
Ətraflı videomaterialda.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












