Satıcılarla polis arasında gərginlik - Parkomat davası

“Laçın” ticarət mərkəzinin qarşısında aksiya keçirilib. Aksiya zamanı polislə aksiya iştirakçıları arasında gərginlik yaşanıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, aksiyanın keçirilməsinə səbəb ticarət mərkəzinin qarşısındakı dayanacağa DYP-nin parkomat quraşdırmaq istəməsi olub. Ticarət mərkəzinin qarşısındakı səki dayanacaq kimi istifadə olunurdu. Dayanacaqdan ticarət mərkəzinə gələn müştərilər istifadə edirdi. Dayanacaqdan gələn gəlir isə, bazar rəhbərliyinə qalırdı. DYP qeyd edilən əraziyə parkomat quraşdırmaq istəyib. Bu zaman bazar rəhbərliyi ilə DYP arasında mübahisə yaranıb. Artıq bir neçə gündür ki, ticarət mərkəzinin qarşısında maşın saxlamaq DYP tərəfindən qadağan olunub. Əsas olaraq isə səkidə maşın saxlamağın qadağan olduğu göstərilib.
Bu gün problemli əraziyə polis və rayon icra hakimiyyətinin əməkdaşları gəlib. Əraziyə parkomat quraşdırmaq istəyib. Bazar rəhbərliyi və ticarət mərkəzinin işçiləri buna etiraz edib. Polis etiraz edən bir neçə satıcını PPX maşınına mindirmək istəyib. Məsələyə digər satıcılar da müdaxilə edib. Tərəflər arasında gərginlik yaşanıb. Nəticədə polis heç kimi saxlamayıb.
Sonrakı danışıqlardan sonra əraziyə parkomat qoyulmaması ilə bağlı razılıq əldə edilib. Həmin ərazidə maşın saxlamağa icazə veriləcəyi deyilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












