Saya oturan bərədən 200-dən çox sərnişin təxliyə olunub

Finlandiyada saya oturan bərədən 200-dən çox sərnişin təxliyə olunub. “Viking Line” şirkətinə məxsus “Amorella” bərəsi bazar günü yerli vaxtla təxminən saat 12.35-də Aland adaları ərazisində saya oturub. Finlandiyanın Turku limanından İsveç paytaxtına səmt götürən gəminin gövdəsi naməlum səbəbdən deşilib və bölmələrdən birinə su dolub. Bununla əlaqədar Yarsö adası sahillərinə doğru üzmək barədə təcili qərar qəbul edilib. Sərnişinlərin təxliyəsi yerli vaxtla 15.40-da başlayıb. Qərbi Finlandiyanın sahil mühafizə xidmətinin məlumatına görə təxliyə işləri dörd gəmidən istifadə olunmaqla həyata keçirilib. Əvvəlcə sərnişinlər, sonra heyətin bir hissəsi təxliyə olunub. Qəza anında gəmidə 207 sərnişin və 74 heyət üzvü olub. Az sonra Finlandiyanın sahil mühafizə xidməti bütün sərnişinlərin və heyət üzvlərinin bir hissəsinin uğurla təxliyə edildiyini bildirib. Zərər çəkənlər barədə hələ ki, məlumat yoxdur. Bədbəxt hadisələrin təhqiqatı üzrə Finlandiya Şurası hadisə ilə bağlı araşdırmaya başlandığını xəbər verib. (AZƏRTAC )
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











