Səfər Mehdiyev “Yaşıl dəhliz” sistemindən istifadənin həcmini açıqladı

“2020-ci il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun verildiyi şirkətlərin əməliyyatlarının kənd təsərrüfatı və yeyinti məhsullarının idxalında xüsusi çəkisi statistik dəyər üzrə 62,77 faiz, ixracda isə 54,72 faiz təşkil edib”.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” hesabında paylaşım edib.
S.Mehdiyev bildirib ki, ötən il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun verildiyi şirkətlərin əməliyyatlarının ümumi idxalda həcminin xüsusi çəkisi statistik dəyər üzrə 40 faiz, ixracda isə 32,85 faiz təşkil edib.
“Daxil olmuş müraciətlərin təhlilinin nəticəsi olaraq 236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib”, - deyə DGK-nin sədri əlavə edib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











