Səfirlik: "İrana düşən mərmilər Azərbaycan hərbi birləşmələrinin arxasında və ya solunda qalır"

27 sentyabr 2020-ci il tarixdən başlayaraq Azərbaycan tərəfi işğalçı Ermənistanın davam edən dağıdıcı hərbi əməliyyatlarının qarşısını almaq, işğal olunmuş əraziləri azad etmək və öz vətəndaşlarının həyatını və təhlükəsizliyini qorumaq məqsədilə özünümüdafiə etmək hüququndan istifadə edərək əks-hücum əməliyyatları həyata keçirir.
Bu barədə Azərbaycanın İrandakı Səfirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, əks-hücum əməliyyatları həyata keçirməkdə Azərbaycan Silahlı Qüvvələrinin hədəfi üzbəüz və cəbhənin sağ istiqamətində yerləşən işğalçı Ermənistan qüvvələrinin atəş mövqeləridir: “Halbuki, İran İslam Respublikasının ərazisinə düşən mərmi və ya raket nöqtələri Azərbaycan hərbi birləşmələrinin arxasında və ya solunda qalır.
İran İslam Respublikasının ərazisinə düşən mərmi və ya raketlər erməni qüvvələri tərəfindən Azərbaycan və İran arasındakı dostluq və mehriban qonşuluq münasibətlərini hədəf alıb və bunu düşmənin xəbis niyyəti hesab edirik.
Azərbaycan Respublikası, İran İslam Respublikasının ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə olan diqqəti və hörmətinə qarşılıqlı olaraq İran İslam Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşır və İranın işğal olunmuş ərazilərimizin azad edilməsinin vacibliyinə dair açıq və birmənalı mövqeyini yüksək qiymətləndirir”. (APA)
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi











