Səhər yeməyində şirin məhsullar hansı fəsadları yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanda səhər yeməyi “set”ləri sürətlə populyarlaşaraq trend halını alıb.
Avtosfer.az xəbər verir ki, kafelər və restoranlarda müxtəlif çeşidlərdə təqdim olunan bu menyular həm vizual estetikası, həm də zəngin tərkibi ilə müştərilərin marağına səbəb olur. Lakin bu trendin sağlamlıq baxımından nə dərəcədə faydalı olduğu hələ də müzakirə mövzusudur. Cibimizə uyğun olan bu təkliflər bəs görəsən sağlamlığımıza da uyğundurmu?
Mövzu ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi səhər yeməyi setləri sağlamlıq üçün risklər yarada bilər:

“Bu setlərdə adətən şəkərli və yağlı məhsullar üstünlük təşkil edir. Bu cür qidalar qan şəkərini sürətlə yüksəldərək gün ərzində enerji azalmasına və tez-tez aclıq hissinə səbəb ola bilər. Qızardılmış kartof, kolbasa, şirin bulkalar və şəkərli içkilərin səhər menyusunda yer alması tövsiyə olunmur".
Sağlam səhər yeməyi üçün nə tövsiyə olunur?
Seymur Qafarovun fikrincə, sağlam və balanslı səhər yeməyi üçün bəzi qidalar mütləq şəkildə menyuya daxil edilməlidir:
Tam taxıllı məhsullar: Yulaf, çovdar və tam buğda çörəyi – bu məhsullar qan şəkərini sabit saxlayır və uzunmüddətli toxluq hissi yaradır.
Zülal mənbələri: Yumurta, az yağlı pendir, qatıq, kəsmik və toyuq filesi – zülal metabolizmanı aktivləşdirir və toxluq hissini gücləndirir.

Tərəvəz və meyvələr: Pomidor, xiyar, ispanaq, bibər, alma, banan və giləmeyvələr – vitamin və antioksidantlarla zəngindir, həzmi yaxşılaşdırır və enerji verir.
Sağlam yağlar: Zeytun, avokado, qoz və fındıq – beyin funksiyalarını dəstəkləyir və xolesterolu tənzimləməyə kömək edir.
Hansı qidalardan uzaq durmaq lazımdır?
Seymur Qafarov səhər yeməyində aşağıdakı məhsullardan istifadə etməməyi tövsiyə edir:
1) çox yağlı və qızardılmış məhsullar (məsələn, kolbasa, qızardılmış kartof);
2) şirin un məmulatları (şirin bulkalar, tort dilimləri);
3) şəkərli içkilər və süni meyvə şirələri.
Bu cür məhsullar orqanizmi yükləyir, qısa müddətlik enerji versə də, tezliklə aclıq hissi yaradır və uzunmüddətli sağlam qidalanma məqsədinə uyğun deyil.
Seymur Qafarov səhər yeməyində ideal balans üçün bərk bişmiş yumurta və ya omlet, bir dilim tam buğda çörəyi, zeytun, az duzlu pendir, pomidor və xiyar salatı, şəkərsiz yaşıl çay və ya təbii qatıqdan istifadəni vacib hesab edir.
Mütəxəssis qeyd edir ki, bu cür qidalanma həm doyurucu, həm də orqanizmin ehtiyac duyduğu əsas qida maddələrini təmin edir.
Fidan
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI










