Sürücülərdə narazılıq yaradan qoşa xətlə bağlı AYNA-dan açıqlama - VİDEO

Paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yol hərəkətinin təşkilində müşahidə olunan uyğunsuzluq sürücülərin narazılığına səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına videomaterial göndərərək məlumat verib. Görüntülərdən aydın olur ki, iki istiqamətli yolun ortasında enli qoşa xətt çəkilib və nəticədə manevr üçün nəzərdə tutulan hissədə məhdudiyyət yaranıb.
Şikayətçinin sözlərinə görə, geriyə dönmə nişanının tələbinə uyğun manevr etmək istəyən sürücülər çətinliklə üzləşirlər. O bildirib ki, əksər hallarda sürücülər təhlükəsiz manevr edə bilmək üçün avtomobili dəfələrlə irəli-geri hərəkət etdirməyə məcbur qalırlar ki, bu da həm vaxt itkisinə, həm də yol hərəkətində əlavə risklərə səbəb olur.
İzləyici aidiyyəti qurumlara müraciət edərək, məsələyə aydınlıq gətirilməsini və yol xəttlənməsinin məqsəd və funksional baxımdan yenidən nəzərdən keçirilməsini zəruri sayıb.
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən ərazidə işlər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi nəzərə alınmaqla, standartlara uyğun həyata keçirilib.
Onun sözlərinə görə, layihəyə əsasən zolağın eni 3,20 metr saxlanılıb. Bu isə sürücülərin piyadaların intensiv hərəkət etdiyi küçəyə daxil olarkən maksimal dərəcədə diqqətli olmaları və aşağı sürət rejimindən istifadə etmələri məqsədilə edilib.
Tural Orucov qeyd edib ki, geriyə dönmə yerində zolağın eni 4 metrə qədər artırılıb: “3,2 metrlik zolaq eni istənilən minik avtomobilinin və 3,5 tona qədər yük avtomobilinin rahat keçidi üçün kifayətdir. Dönmə radiusları normativ tələblərə uyğundur”.
Nərmin

Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI
Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ
Bakıda taksi qiymətləri niyə artır? - Ekspert
Ağalıda 5-ci Bilik Günü qeyd edilib - VİDEO
Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?
Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?












