“Şəhərin stressindən çıxmaq üçün pul xərcləməyə məcburuq” – PSİXOLOQDAN AÇIQLAMA - FOTO

Müasir dövrdə insanların əksəriyyəti şəhər mühitində yaşayır və bu mühitin gündəlik həyatda yaratdığı təzyiqlər, səs-küy, sıxlıq, hava çirkliliyi kimi amillər insanın ruh halına və ümumi psixoloji sağlamlığına birbaşa təsir edir.
Şəhər həyatı insan psixologiyasına necə və nə dərəcədə təsir edir?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Avtosfer.az-a açıqlamasında bildirib ki, epidemioloji araşdırmalar bir daha sübut edir ki, şəhər mühitində doğulan, böyüyən və uzun müddət yaşayan insanların şizofreniya olma ehtimalı digər insanlara nisbətən qat-qat yüksəkdir:

“Şəhər mühiti, birincisi, insan baxımından həddən artıq sıx olur. İkincisi, insanların çox olduğu məkanlarda stres faktoru daha yüksək olur. Çünki insanların sıx olduğu bölgələrdə aqressivliyin artdığını hiss edilir. Həmçinin, bu bölgələrdə havanın çirklənməsi və ümumi natəmizlik halları da daha çox müşahidə olunur.
Ona görə də, kənd mühitində yaşayan insanlar şəhər mühitində yaşayan insanlara nisbətən qat-qat sakit təbiətli, düzgün qidalanan və daha uzunömürlü olurlar. Bir sözlə, kənd həyatında insanlar daha aktiv həyat tərzi sürürlər. Amma şəhər həyatında o qədər də aktivlik olmur.
Şəhər həyatında hətta aktiv həyat tərzi sürmək üçün belə, hər tərəfdə, yaşadığımız bölgələrdə parkların olmaması səbəbindən bu mümkün olmur. Biz o aktivliyi həyatımıza gətirmək üçün idman zallarına üz tuturuq, bunun üçün isə əlavə ödənişlər edirik və qazancımız daha çox gedir, daha çox yüklənirik. Telefona daha çox bağlı oluruq, sosial şəbəkələrdə daha çox vaxt keçiririk. Amma kənd həyatı belə deyil.
Kənd həyatı daha rahatdır, sakitdir, hüzurludur. Əgər biz şəhər həyatında meditasiya üçün müəyyən məbləğlər ödəyiriksə, kənd həyatında məhz elə o meditasiya təbiətin özündədir – çayın səsi, yarpaq xışıltısı... Deyirik ki, xəzan olanda yarpaqların üzərindən gəzin, bu sizə bir terapiya təsiri verəcək. Məsələn, orada insanlar elə hər zaman bunu edirlər”.

Psixoloq əlavə olaraq qeyd edib ki, ona görə də kənd həyatında yaşayan insanların psixologiyası şəhər həyatında yaşayan insanların psixologiyasından qat-qat sağlam olur:
“Gələcəyə də daha az narahatlıqla baxırlar. Şəhərdə yaşayan insanlar davamlı stress içində olurlar. Eyni zamanda gələcəklə bağlı o qədər planlar qururlar ki, bu planları reallaşdırmaq üçün çox enerji sərf edirlər və bəzən görürük ki, tam anlamamış, tamamlanmamış nələrsə qalır”.
Eltac Zülfüqaroğlu
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










