Şəhərlərarası avtobuslarda da qiymətlər ARTDI

Azərbaycanda şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə tariflər yeni məsafələrə uyğun hesablanmağa başlanılıb.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Son illər ölkədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində şəhər və rayonları əlaqələndirən yollarda müəyyən dəyişikliklər olub. Nəticədə müvafiq avtobus marşrutlarının gediş məsafələrində azalma və artımlar müşahidə edilib. Şəhərlərarası daşımalar üzrə tariflər məsafələrə uyğun hesablandığından, baş vermiş dəyişikliklərə əsasən, marşrutlara yenidən baxılmasına və tariflərin yenidən hesablanmasına zərurət yaranıb", - məlumatda deyilir.
AYNA bildirir ki, əvvəllər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər və rayonlara fəaliyyət göstərən şəhərlərarası müntəzəm marşrutların başlanğıc gediş məsafəsi Mərkəzi poçtdan hesablanırdı. Marşrutun gediş tarifi bu hesablamaya uyğun olaraq müəyyən edilirdi. Yeni dəyişikliklərə əsasən, rayonlararası sərnişindaşıma zamanı yoladüşmə məntəqəsi “avtovağzaldan avtovağzala” prinsipinə uyğun avtovağzallardan başlamaqla yeni inşa olunan yollarla gediş məsafəsi əsasında tarif müəyyən edilir.
Hesablamalara əsasən, ölkənin 85 şəhər və rayonundan 41-i üzrə məsafələrdə orta hesabla 6,6 % qısalma, qalan 41-i üzrə məsafələrdə 3,1 % artım qeydə alınıb, 3-ü üzrə məsafələrdə isə dəyişiklik olmayıb.
"Müsbət haldır ki, optimallaşdırma işləri çərçivəsində əsasən səyahət məsafələrində daha çox qısalmaların qeydə alınması əvvəlki hesablamalarla müqayisədə sərnişinlər tərəfindən bilet üzrə ödənişlərin azalması ilə nəticələnir", - məlumatda qeyd olunur.
Qeyd edək ki, yeni məsafələrə uyğun tariflərin hesablanmasına bu gündən başlanılıb. Belə ki, iyulun 1-dən şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifinin yuxarı həddi 3,7 qəpik/km həddində müəyyən edilib.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












