Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib - AYNA

Saatlı-Masallı və Qazax-Gəncə şəhərlərarası, eləcə də 140A, 511, 553 və 554 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, Saatlı-Masallı marşrutu üzrə fiziki şəxs Ağaşov Əlsafa Tapdıq oğlu, Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər İsayev Elmar Eldar oğlu və Əhmədov İlqar Elman oğlu, 140A nömrəli şəhərətrafı (Lökbatan qəsəbəsi – Xırdalan dəmiryolu stansiyası) marşrut üzrə hüquqi şəxs "BMH" MMC, 511 nömrəli şəhərətrafı (Aşağı Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs "Güzdək Nəqliyyat" MMC, 553 nömrəli şəhərətrafı (Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 554 nömrəli şəhərətrafı (Güzdək qəsəbəsi – Lökbatan qəsəbəsi) marşrutları üzrə fiziki şəxs Bayramov Səməd Atakişi oğlu qalib elan olunublar.
Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO











