Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

Hər kəs şəhid anasının dövlətin onlara ayırdığı şəhidliyə görə müavinəti, Silahlı Qüvvələrimizin Yardım Fondunun hesabına ianə etməsindən danışır. Şəhid, Məlik Zülfüqarovun ailəsi onlara verilən 10 min manatı Silahlı Qüvvələrin hesabına bağışlayıb.
ARB TV-nin Xəbərlər komandası bununla bağlı ətraflı süjet hazırlayıb.
Şəhidin anası Yeganə Əbdülova qeyd edib:
bit.ly
“Bir gün oğlum mənə zəng elədi ki, ana, döyüşə gedirik, daha məni axtarma. Dedim, oğul, sən ki Vətən uğrunda müharibədə iştirak edirsən, sağ-salamat get, sağ-salamat da qayıt”.
Döyüş əsnasında Məlik ağır yaralanır və şəhid olur. Ən uca zirvəyə yüksəlir.
Dövlətimizin şəhidliyə görə ayırdığı müavinətdən imtina edən Məlikin anası vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır. Deyir ki, əgər torpaqlarımız yolunda oğlumu itirdimsə, onun adına gələn pul da dövlətimizə, ordumuza getməlidir.
44 günlük Vətən müharibəsində Məlik və onun kimi canından keçən oğullarımız sayəsində 30 illik həsrətimizə son qoyduq. Şəhidlərimizin qanı bahasına əbədi müstəqillik və suverenliyimizə imza atdıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












