Şəhid və yaralanmış hərbçilərin ailə üzvləri işlə təmin edilirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin və onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində onların aktiv məşğulluqla əhatə olunmasına artıq başlanılıb.
ƏƏSMN-dən bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.
Onlardan 305-i (o cümlədən 215 şəhid ailəsi üzvünün, 70 müharibə iştirakçısı və yaralanmış şəxsin və b.) özünüməşğulluq proqramına cəlb edilib, bir hissəsi aktivlərlə artıq təmin olunub, qalanları da təmin olunmaqdadır.
Həmçinin 200-dən çoxunun (o cümlədən 82 şəhid ailəsi üzvünün, 110 müharibə iştirakçısı və yaralanmış şəxsin, yaxud onların ailə üzvlərinin və b.) haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işləri görülür, 100-dən çoxu artıq cəlb edilib, digərləri də yaxın günlərdə cəlb ediləcək.
Bu istiqamətlərdə işlər hazırda da davam etdirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












