Şəhidimizin yarımçıq evinin tikintisi başa çatdırılacaq - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq.
Milli.Az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı Feysbuk hesabında məlumat verib.
O qeyd edib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəribov Asif Səxavət oğlunun ailəsinin maddi vəziyyəti, ağır ev şəraiti barədə sosial şəbəkə səhifələrindən birindən məlumat əldə olunub. Məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şirvan şəhərində yaşayan həmin ailə ilə görüşüblər.
"Şəhidimizin ailəsi üç nəfərdən (anası Qəribova Mərmər Qərib qızından və azyaşlı bacı və qardaşından) ibarətdir. Vətən müharibəsinə getməzdən öncə Asif işləyərək ailəsi üçün ev tikdirirmiş. Nazirlik Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq. Hazırda ailəyə ailə başçısını itirməyə görə müavinət və ünvanlı sosial yardım formasında sosial ödənişlər (ümumilikdə aylıq 445 manat) verilir. Zəruri sənədləşmədən sonra onlara Prezidentin aylıq təqaüdü (300 manat) də təyin olunacaq".
F. Talıblının bildirdiyinə görə, özünüməşğulluq proqramı çərçivəsində şəhidin anası M.Qəribova üçün kiçik müəssisə yaradılması da qərara alınıb.
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












