Şəhidin 3 yaşlı xəstə oğlu təyyarə ilə təcili Türkiyəyə aparıldı - FOTO

Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldar səhhətində yaranan problemlərə görə təcili Türkiyəyə göndərilib.
Avtosfer.az bildirir ki, bu barədə YAŞAT Fondu məlumat yayıb.
Eldar Seymur oğlu Ələsgərov səhhətində yaranan problemlərlə bağlı Neyrocərrahiyyə İnstitutunda müalicəyə başlayıb. Daha sonra vəziyyətinin ağırlaşdığı bildirilib və ixtisaslaşmış özəl tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı “YAŞAT” Fonduna müraciət daxil olub.
Fond tərəfindən dərhal reaksiya verilərək elə həmin gün Eldar “Baku Medical Plaza”ya köçürülüb. İnfeksiyalı meningit diaqnozu ilə 2022-ci ilin 5 may tarixində əməliyyat olunub. 2022-ci ilin 15 iyun tarixinədək həmin klinikada stasionar müalicəsi davam edib.
Həkimlərin rəyinə əsasən 15 iyun tarixindən stasionar müalicə başa çatıb və fizioterapiya ilə bağlı ambulator müalicəsi davam edib.
2022-ci ilin 26 iyul tarixində Eldarın ailə üzvləri tərəfindən vəziyyətinin pisləşməsi ilə bağlı məlumat daxil olub və “YAŞAT” Fondu yenidən məsələni nəzarətə götürüb. Mütəxəssislər tərəfindən 28 iyul tarixində verilən rəyə əsasən şəhidimizin övladının müalicəsinin ölkədə davam etdirilməsinin mümkün olmadığı, vəziyyətinin kritik olduğu bildirilib və müalicənin davamının Türkiyə Respublikasında aparılması tövsiyə olunub.
Vəziyyətin ciddiyəti nəzərə alınaraq, elə həmin gecə Eldar Ələsgərov onun üçün xüsusi ayrılan ambulans təyyarə ilə “YAŞAT” Fondu tərəfindən Türkiyə Respublikasına göndərilib.
Müalicə prosesi Eldar tam sağlamlığına qovuşanadək Fondun nəzarəti altında həyata keçiriləcək və yaranacaq bütün xərclər bundan sonra da Fond tərəfindən qarşılanacaq
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT














