“Səhiyyə naziri olacam” demişdi, 9 il həbs verildi
Gündəm
19 Avqust 2021 12:44

1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi olmuş Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan R.İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub. Sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən R.İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə istintaqı dövründə Rəşad İsmayılov ittihamlarını qəbul etmədiyini deyib. Məhkəmədə ifadə verən Rəşad İsmayılov bildirib ki, o, Sürəyya Qasımovadan pulu borc alıb. R.İsmayılov qeyd edib ki, ittihamda bəhs olunan 280 min manat ona birdəfəyə verilməyib: "Biz onunla bir qrupda oxumuşuq. Pulu mənə saziş əsasında verib. Mənə xaricdən - "Pepsi Cola" şirkətindən 1 milyon 300 min dollar pul gəlməliydi. Mənim özümü də aldatdılar. Vüsal Əliyev vardı, o dedi ki, pulu almaqda mənə kömək edəcək. Buna görə ona pul verməliydim. Sürəyyanın əri də iki dəfə, elə birbaşa Vüsala pul verib. Pul Gürcüstana, oradan Azərbaycana gəlməliydi. Sonradan bildim ki, Sürəyyagil də altdan-altdan səsimi yazıb prokurorluğa verirmiş. Tutuldum, o iş də qaldı...".
Prosesdə Sürəyya Qasımova şahid qismində dindirilib. Söyləyib ki, R.İsmayılovla ünsiyyəti olub, bir-birlərinin yanına xəstə göndərirmişlər. O deyib ki, R.İsmayılov ondan birinci dəfə 700 manat borc istəyib: "Pulu verdim. İkinci dəfə 1500 manat istədi. Yenə verdim. Sonra dedi ki, yüksək vəzifəyə gedirəm, mənə kömək elə. Mən də evdə nə vardısa, verdim. İllərlə yığdıqlarımızın hamısını - avro da vardı, dollar da, manat da. Demişdi ki, xaricdən alacağım var. İspaniyada biznesi olduğunu bildirmişdi. Ümumilikdə 280 min manat pul vermişəm. Bir avtobusumuz vardı, onu, "Pajero" maşınımızı satdıq...".
Amma Sürəyya Qasımova məhkəmədə bu pulları baş həkim təyin olunmaq üçün verdiyini demək istəməyib.
Məhkəmə istintaqdakı ifadəsini ona xatırladıb. Həmin ifadədə o bildirib ki, Rəşad İsmayılov özünün yaxın vaxtlarda səhiyyə naziri təyin ediləcəyini, onu da Koordiologiya İnstitutuna baş həkim təyin etdirəcəyini demişdi: "Mənə demişdi ki, özündə olan bütün pulları da bu məqsədlə yüksək vəzifəli adama verib. O adamın adını burada demək istəmirəm".
Sualları cavablandıran şahid bildirib ki, o, sinir xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. Lakin o, Elmi-Tədqiqat Koordiologiya İnstitutuna baş həkim təyin olunmaq istəyirmiş.
Sürəyya Qasımova təsdiqləyib ki, həyat yoldaşı iki dəfə pulu Vüsal Əliyev adlı şəxsə verib.
Təqsirləndirilən sabiq baş həkimin Samir Şahbazov adlı şəxsdən də pul aldığı iddia olunur. Rəşad İsmayılov həmin vəsaiti də borc aldığını bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rəşad İsmayılovun həmin vəzifədə işləyərkən iş üçün ona müraciət etmiş şəxsə özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunduqdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşı bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub : 2124
DİGƏR XƏBƏRLƏR
29 Avqust 2026 16:24
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
29 Avqust 2026 14:11
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
28 Avqust 2026 20:54
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
28 Avqust 2026 19:45
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
28 Avqust 2026 14:41
Akkumulyatoru tədricən dağıdan avqust istisi
28 Avqust 2026 12:00
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
28 Avqust 2026 10:41
Bakıda “klyokların rəqsi” - VİDEO
28 Avqust 2026 10:30
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
28 Avqust 2026 09:54
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
28 Avqust 2026 08:36
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
27 Avqust 2026 18:55
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
27 Avqust 2026 16:11
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
ŞƏRH YAZ










