Şəki Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir

Dövlət yol polisi əməkdaşları tərəfindən sürücülərə tətbiq edilən cərimələr, qərar qanuni qüvvəyə mindiyi vaxtdan 30 iş günü müddətində ödənilməlidir. Əks halda, sonrakı hər gün üçün 1% məbləğində dəbbə pulu tətbiq ediləcəkdir. Qərar qanuni qüvvəyə mindiyi vaxtdan 5 iş günü müddətində inzibati cərimə ödənilərsə, tətbiq edilən cərimənin 10%-i miqdarında məbləğin ödənilməsindən azad edilirsiniz. 2 ay müddətində cərimə ödənilmədikdə xətanı törədərkən idarə etdiyiniz nəqliyyat vasitəsi mühafizə olunan duracaqda saxlanılmaqla cərimə, dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və orada saxlanılmasına görə haqq ödənildikdən sonra qaytarılacaqdır.
Qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində cərimə ödənilmədikdə nəqliyyat vasitəsini idarə etmək hüququnuzun məhdudlaşdırılması barədə qərar qəbul ediləcəkdir.
Daxili İşlər Nazirliyinin 12.07.2017-ci il tarixli, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilən cərimələrin ödətdirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq göstərişinin icrası ilə əlaqədar olaraq Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür və mütəmadi olaraq davam etdiriləcəkdir.
Sürücülərə xəbərdarlıq edirik ki, ilk növbədə yol hərəkəti qaydalarına əməl etsinlər, dövlət yol polisi əməkdaşları tərəfindən cərimə tətbiq edildikdə isə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini həyata keçirsinlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












