Şəkidə iki yol qəzası olub, ölən və xəsarət alanlar var

Şəkidə bir gündə baş verən yol qəzalarında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, ölümlə nəticələnən yol qəzası dünən saat 16:30 radələrində Şəki şəhəri M.F.Axundov prospektində qeydə alınıb. 1955-ci il təvəllüdlü, Şəki şəhər sakini Zahid Vahid oğlu Fəttahov idarə etdiyi “Opel” markalı 55-BO-437 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəteməni itirib və avtomobili aşırıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Zahid Fəttahov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Zahid Fəttahovun həyatını xilas etmək mümkün olmayıb, aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb. Məlumata görə, digər yol qəzası isə saat 17:40 radələrində Şəki-Qax yolunun Şəkinin İnçə-Zunud kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun İnçə kənd sakini Ziya Nemət oğlu Məmmədov idarə etdiyi “VAZ 2107” markalı, 90-KS-667 dövlət nömrə nişanlı avtomobillə Göynük kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı beton maneəyə çırpıb.
Qəza nəticəsində sürücü Ziya Məmmədov xəsarət almasada avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü, rayonun Aşağı Göynük kənd sakini Aydan Tofiq qızı Mahmudova aldığı bədən xəsarəti ilə Şəki RMX-na aparılıb.
Şəki RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralı Aydan Mahmudovanın vəziyyəti orta-ağır qiymətləndirilir və ona zərbədən dalağın partlaması dioqnozu qoyulub, bu saatlarda üzərində cərrahiyə əməliyyatı aparılır. Hər iki faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












