Sel Goranboyda məcburi köçkünlər yaşayan qəsəbəyə də ziyan vurub - FOTO

Dünən yağan güclü yağış nəticəsində sel suları Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində məcburi köçkünlər üçün salınmış 306 fərdi evdən ibarət qəsəbəyə də ziyan vurub.
Avtosfer.az xəbər verir ki, bu haqda Qaçqınların və Məcbrui Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, sel qəsəbənin daxili yol və küçələrini basıb, 12 fərdi evin zirzəmisinə su dolub. Məcburi köçkün ailələrin yardımçı təsərrüfatlarına da ziyan dəyib: ev quşları arasında tələfat var, həyətyanı sahələrdə bəzi ağaclar və əkinlər məhv olub.
Komitənin Bakıdan ezam olunmuş müvafiq strukturlarının əməkdaşları təbii fəlakət baş vermiş ərazidədir. Dövlət Komitəsinin Mənzil-Kommunal İstismar Departamentinin Goranboy mənzil-istismar sahəsinin (MİS) işçi qüvvəsi və texniki vasitələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib.
MİS-in rəisi Seymur Çobanov bildirib ki, hazırda qəsəbədə sel sularının törətdiyi fəsadlar aradan qaldırılır, zərər görmüş evlərin zirzəmiləri sudan təmizlənir, məcburi köçkün ailələrə dəyən zərər dəqiqləşdirilir.
Qafqazinfo
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI












