Selin apardığı körpünün yerində yenisi inşa olunacaq - FOTOLAR

İyun ayının sonlarında ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar cənub bölgəsinə yağan yağışlar Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçaya sel gətirib. Çaya gələn güclü sel suları bir sıra fəsadlara da səbəb olub.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, sel suları Siyakü kənd inzibati ərazi dairəsinə daxil olan Liəzi kəndində uzunluğu 8, eni 4 metr olan körpünü yuyub aparıb. Nəticədə 50-dən çox ailənin yaşadığı kəndin digər yaşayış məntəqələri ilə əlaqəsi kəsilib. Bu körpüdən təkcə Liəzi deyil, qonşu kəndlərin də sakinləri istifadə edirdi.
Sel körpünü apardıqdan bir neçə gün sonra dövlət qurumlarının və kənd sakinlərinin təşəbbüsü ilə çayın üzərindən gediş-gəlişi bərpa etmək məqsədilə dəmir konstruksiyalar vasitəsilə müvəqqəti körpü salınıb.
Problemlə bağlı Siyəkü kənd bələdiyyə sədri Ramin Dədəyevin sözlərinə görə, təbii fəlakət baş verən gündən məsələ aidiyyəti qurumların nəzarətinə götürülüb:
“Siyakü kənd inzibati ərazi dairəsinə daxil olan Liəzi kəndindəki körpü sel nəticəsində uçub. Əhalinin və rayon icra hakimiyyətinin köməyi ilə həmin körpü bərpa olunub. Gələcəkdə isə burada yeni körpünün tikintisi nəzərdə tutulur”.
Bələdiyyə sədri onu da bildirib ki, layihəyə əsasən sözügedən körpü ilə yanaşı, Siyakü kənd inzibati ərazi dairəsində təbii fəlakət nəticəsində yararsız hala düşən daha 3 körpünün də yerində yenilərinin inşası planlaşdırılır.





Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












