Şəmkirdə dəhşətli toqquşma: 5 ölü, 10 yaralıb - FOTO

Bakı-Qazax yolunun 375-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına əsasən verdiyi məlumata görə, Şəmkir rayonunda "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub. Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində “Opel”-in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Şəmkirdə baş verən dəhşətli yol qəzasında ölənlərin və xəsarət alanların adları artıq məlumdur. APA-nın məlumatına görə, Şəmkir rayonunda baş verən qəza zamanı Ağstafa rayon sakini, 2006-cı il təvəllüdlü Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 1984-cü il təvəllüdlü Fəqanə Quliyeva, 1948-ci il təvəllüdlü Rahilə Əsgərova və şəxsiyyəti hələlik məlum olmayan daha 2 nəfər hadisə yerində ölüb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Rəhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO













