Şəmkirdə iki avtomobil toqquşub, yaralanan var

Bu gün Şəmkir rayonu ərazisində bir nəfərin yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası günorta saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunun 390-cı kilometrliyində, Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Dəllərcəyir kəndinin sakini, 27 yaşlı Vüqar Məmmədov idarə etdiyi “VAZ 21015” markalı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən həmyerlisi Nofəl Matıyevin idarə etdiyi “Ford Tranzit” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ 21015”in sürücüsü Şəmkir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
İlkin ehtimallara görə, qəzaya səbəb “VAZ 21015”in yüksək sürətlə hərəkət etməsi olub. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












