Sənədsiz evlərə nə vaxt "KUPÇA" VERİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda ən aktual problemlərdən biri də sənədsiz evlərin sənədləşməsi ilə bağlıdır. Uzun illərdir bu problemin konkret həlli tapılmır. Məlumatlara görə, bu gün ölkədə sənədsiz evlərin sayı 500 minə qədərdir. Bir qism evlər sənədləşsə də, bu problemi kökündən həll etmək mümkün olmayıb. Prosesi çətinləşdirən isə vətəndaşların çox təhlükəli yerlərdə qanunsuz ev tikmələri ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qanunsuz evlərə sənədlərin verilməsini çətinləşdirən hallar haqqında danışıb.
Komitə sədrinin sözlərinə görə, vətəndaşlar elə yerdə qanunsuz evlər tikiblər ki, bu gün həmin evlərin sənədləşdirilməsi olduqca mürəkkəb və zaman tələb edən bir prosesdir:
"Qanunsuz evlərin bir çoxu yüksək gərginlikli elektrik xətlərinin altında, boru kəmərlərinin üzərində, kənd təsərrüfatı təyinatlı torpaqlarda və digər bu kimi mürəkkəb ərazilərdə tikilib. Bunların hamısı qanuniləşdirilməlidir ki, evə sənəd verilsin. Burada söhbət həm də təhlükəsizlikdən gedir. Yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərin sənədləşdirilməsi gələcəkdə təhlükəsizliklə bağlı digər problemlərin yaranmasına səbəb ola bilər. Ona görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır”.
Xatırladaq ki, sənədsiz evlərin kommunal infrastruktura qoşulması ilə bağlı dövlət tərəfindən qəbul edilən yeni qaydalar bu qəbildən olan evlərin tikintisinin bu il ərzində 14 faiz azalmasına səbəb olub.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










