Sergey Markov: “Erməni qoşunları artıq döyüşə bilmədilər”

“Artıq Azərbaycan qoşunlarına qarşı mübarizə apara bilməyən Ermənistan ordusu Baş nazir Nikol Paşinyandan kapituliyasiya icazəsi istəyib”.
Bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaza”ya müsahibəsində deyib:
“Ermənistan ordusunun acınacaqlı vəziyyəti, hərbi məğlubiyyət Paşinyan tərəfindən belə bir qərara səbəb oldu. Şuşa tutulduqdan sonra erməni qoşunları, əslində, mühasirəyə alındı. Buna görə də Paşinyan təslim oldu. Bunu ordunun xahişi ilə etdiyini bildirdi, çünki hərbçilər daha döyüşə bilmədiklərini və hərbi əməliyyatların dayandırılmalı olduğunu deyiblər”.
Markov deyib ki, müharibənin belə bir nəticəsi münaqişənin sülh yolu ilə həlli üçün yaxşı perspektivlər açır:
“Bölgəyə sülh gələcək. Azərbaycan Dağlıq Qarabağ üzərindəki suverenliyini tamamilə bərpa edəcək”.
Makrov Azərbaycan və Naxçıvan arasında əlaqələrin açılmasının vacibliyini xüsusi vurğulayıb.
O bildirib ki, Rusiya bölgədə təhlükəsizliyin qarantı rolunu oynayacaq.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












