Sərnişin avtobusları qəza törətdi

Bu gün səhər saat 08:30-da Bakının Binəqədi rayonu ərazisində iki sərnişin avtobusu tuqquşub. Anspress-in məlumatına görə, yol qəzası Bakı Beynəlxalq Avtovağzalının ərazisində baş verib. Avtovağzal ərazisində 96 və 82 saylı sərnişin avtobusları toqquşub. Qəza nəticəsində bir neçə sərnişin yüngülcə xəsarət alıb. Qəzanın baş verməsində 82 saylı sərnişin avtobusunun sürücüsü günahkar olub. Bu barədə “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, 82 saylı avtobusun sürücüsü avtovağzal ərazisindən çıxarkən ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə arxadan 96 saylı avtobusa çırpılıb. Nəticədə avtobusların şüşələri qırılıb. Hər iki avtobusdakı sərnişinlər aşağı düşürülüb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları çağırılıb. Nurəddin İsmayılovun sözlərinə görə, qəza nəticəsində heç kim xəsarət almayıb.Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












