Sərnişin avtobusunda sürücülər arasında DAVA

Bakıda sərnişin avtobuslarından birində insident baş verib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Neftçilər prospekti, 2 ünvanının qarşısında 88 saylı xətt üzrə hərəkət edən "Karsan" markalı avtobusun sürücüsü 1985-ci il təvəllüdlü Əsgərov Sərxan Əkbər oğlu ilə digər sürücü 1953-cü il təvəllüdlü Mirzəyev Rasim Muxtar oğlu arasında dava olub. Dava-dalaş zamanı R.Mirzəyev 88 saylı xətt üzrə hərəkət edən avtobusun salonundakı şüşə arakəsməni vurub sındırıb. Faktla bağlı araşdırma aparılır.
«Bakı Sərnişin və Yük Daşımalarının Təşkili» MMC-dən bildirib ki, hadisə R.Mirzəyevin idarə etdiyi minik avtomobilinin arxadan avtobusa çırpılmasından sonra baş verib. Qəzadan dərhal sonra avtomobilin sürücüsü ilə avtobus sürücüsü arasında insident baş verib. Artıq həmin avtobus xəttdən kənarlaşdırılıb, sürücünün izahatı alınıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












