Sərnişindaşımada bayram qiymətləri - AÇIQLAMA

Azərbaycanda iyulun 28-i və 29-u qeyri-iş günləri olacaq. 26-sı və 27-si şənbə-bazar günlərinə düşdüyü üçün vətəndaşlar ardıcıl olaraq 4 gün istirahət edə biləcəklər. Bu isə sözsüz ki, sərnişindaşımaya təsirsiz ötüşməyib. Belə günlərdə rayonlara üz tutanların sayında artım olur. Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Lent.az-a bildirib ki, hələlik sərnişin sıxlığı qeydə alınmayıb: “Bu da onunla bağlıdır ki, tətil vaxtıdır və tələblər tətilə çıxıblar. Bundan başqa, hələlik bu günlər iş günləridir”. Növbə rəisi vurğulayıb ki, sabahdan sərnişinlərin sayında artım müşahidə oluna bilər. “Bayram günləri ilə bağlı süni qiymət artımı problemi yaşanmayacaq?” sualına M.Abdullayev belə cavab verib: “Qiymət artımı məsələsinə ciddi nəzarət olunacaq”.
Qeyd edək ki, Beynəlxalq Avtovağzaldan bildirilib ki, qiymət intizamına nəzarət komissiyası yaradılıb. “Bayrama görə dəmir yolunda sərnişin sıxlığı artıb”. Bunu isə Lent.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. O qeyd edib ki, həm yay fəsli, həm də bayramla əlaqədar dəmir yolunda sərnişin sıxlığı müşahidə edilməkdədir. N. Əzmmmədov rayonlara gedən qatarlara əlavə vaqonlar qoşulduğunu da vurğulayıb. Suni qiymət artımı məsələsinə gəlincə, mətbuat katibi bunları bildirib: “İndi bilet satışı kompüterlə həyata keçirilir. Əvvəllər bəzən belə neqativ hallara rast gəlinsə də, indiki vaxtda belə şeylər qəti ola bilməz”.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












